Zaqatalaya daha bir zərbə - Kompleks də bağlanır

23:36 23 May 2015

Maliyyə böhranına görə acınacaqlı vəziyyətə düşən “Simurq”un durumunu zaqatalalı azarkeşlər də böyük narahatlıqla qarşıladılar. Zaqatala azarkeşləri mətbuatda, sosial şəbəklərdə bununla bağlı fikir bildirdilər, əlaqədar qurumlara müraciət etdilər. Onlar komandanın yaşaması üçün hər cür fədakarlığa hazır olduqlarını bəyan etdilər.

 

Ancaq deyəsən, Zaqatala idmansevərlərinin dərdi təkcə bununla bitməyəcək. “Simurq”un ardınca, Zaqatala olimpiya idman kompleksinin də fəaliyyətini dayandırdığı barədə məlumat almışıq. Bu barədə məlumatı Komanda.az-a Zaqatala olimpiya idman kompleksinin əməkdaşlarından biri verib. Redaksiyamızla əlaqə saxlayan, adının çəkilməsini istəməyən əməkdaş bildirdi ki, mayın 23-də olimpiya məşəli Zaqatalaya gətiriləcək. Bununla bağlı rayonda böyük atəşfəşanlıq planlaşdırılıb. Ancaq ölkədə Avropa oyunları keçirilsə də, Zaqatala olimpiya idman kompleksinin işçilərinə məvacib verməyə pul tapılmır. Belə ki, bütün işçilərə xəbərdarlıq edilib ki, iyunun 1-dən kompleks fəaliyyətini dayandırır. İşçilərə öz hesablarına üç aylıq məzuniyyətə çıxmaq təklif olunub.

Kompleksdə demək olar ki, bütün idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Hər kəsə tapşırılıb ki, iyunun 1-dən fəaliyyətlərini dayandırsınlar. Kompleksin əməkdaşları, məşqçilər və idmançılar çıxılmaz duruma düşüblər. Onlar Avropa oyunlarının keçirildiyi bir ölkədə olimpiya idman kompleksinin fəaliyyətini dayandırmasını anlamadıqlarını bildirirlər. Kompleksin əməkdaşları məsələylə bağlı Azərbaycan prezidentinə müraciət etməyi planlaşdırırlar.komanda.az


Digər xəbərlər

Xəbər xətti