Millimizin futbolçusu Avroliqaya vəsiqə qazandı

12:01 24 May 2015

Xorvatiya çempionatında 35-ci turun oyunları keçirilib.

 

SportArena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası - "Hayduk" da növbəti matçına çıxıb.

Split təmsilçisi doğma meydanda "Zaqreb"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qurbanov matçın 73-cü dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, "Hayduk" bu nəticə ilə sona bir tur qalmış Avropa Liqasına vəsiqəni təmin edib.


Digər xəbərlər

Xəbər xətti