“Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmlinin təhdidlərindən baş götürüb Avropaya pənah aparan qazaxlı iş adamı Elşad Məmmədov mühacirət həyatı yaşadığı Avropada ölümlə hədələnib.
Elşad Məmmədovun moderator-a verdiyi xəbərə görə, bir müddət öncə tanımadığı şəxs tərəfindən onun facebbok hesabına təhdid məktubları gəlməyə başlayıb:
“Tanımadığım şəxs tərəfindən mənə təhdid dolu mesajlar gəlməyə başladı. Həmin şəxsdən kim olduğunu soruşanda mənə bildirdi ki, məni tanıyan tanıyır. Natiq İbrahim adlı bu şəxs İbrahim Nehrəmlinin yaxını olduğunu güman edirəm. Mənə söyüş, təhqir dolu mesajlar göndərdi, ölümlə hədələdi məni. Mən özüm və ailəmin təhlükəsizliyi üçün MTN rəhbəri Eldar Mahmudova və DİN rəhbəri Ramil Usubova müraciət edirəm. Mən ailəmi İbrahim Nehrəmlinin təhdidlərindən qorumaq üçün Avropaya sığınmışam, amma burda da mənə hədə-qorxu gəlməyə davam edirlər.
Bakıda olan zaman 070 260 04 07 nömrəsindən zən vurub özüni İbrahim Nehrəmlinin mühafizəçisi kimi təqdim edən şəxs dəfələrlə məni ölümlə hədələmişdi”.
Qazaxlı iş adamına gələn təhdid və təhqir mesjlarının bir qismini təhqir elementləri olsa belə oxucuların diqqətinə çatdırmağa məcburuq. Yayımladığımız mesajlaşmada Elşad Məmmədova ölüm təhlükəsi ilə açıq aydın hədələndiyi göz önündədir.