ŞOK XƏBƏR: Milliyə çağrılmaq üçün xanımlar intim xidmətə dəvət edilir

00:00 25 May 2015

Şri-Lankanın İdman Nazirliyi ölkənin kriket üzrə qadınlardan ibarət yğma komandasının üzvlərinə seksual sui-istifadə hallarından bəhs edən hesabat yayıb. 
 
 
SportArena.az xəbər verir ki, idmançıların əsas heyətə düşmək və ya heyətdəki yerlərini qorumaq üçün Şri-Lanka Kriket Federasiyasının rəsmilərinə intim xidmətlər göstərməyə məcbur olduqları üzə çıxıb. 
 
Xüsusi araşdırma komitəsi ötən ilin noyabrında baş verdiyi ehtimal edilən bir neçə epizod üzrə sübutlar aşkarlayıb. Nazirlik yaranmış vəziyyəti biabırçı adlandıraraq, söz verib ki, günahlandırılan məmurlara qarşı ciddi tədbirlər görüləcək. 
 
Qeyd edək ki, kriket Şri-Lankada XVIII əsrin sonlarından başlayaraq, ingiltərəlilərin sayəsində geniş yayılmağa başlayıb. Bunun nəticəsində adanın bütün ərazisi Britaniya imperiyasının koloniyasına çevrilib. Kriketdə bita və topdan istifadə olunur, idman növü təmassızdır. 1996-cı ildə Şri-Lanka yığması kriket üzrə dünya çempionu, 2007 və 2011-ci illərdə finalçı olub.sportnet.az


Digər xəbərlər

Xəbər xətti