"Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanı və onun imkanlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün böyük şans yaradır".
SportArena.az xəbər verir ki, bu sözləri Çexiya prezidenti Miloş Zeman Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.
Prezident Miloş Zeman Avropa Oyunlarında iştirak edəcək çexiyalı idmançılara və bu Oyunların təşkilatçılarına uğurlar arzulayıb. Dövlət başçısı, eyni zamanda, çexiyalı idmançıların Oyunlarda çoxlu medal qazanacağına ümidvar olduğunu bildirib.