Kolumbiya milli komandasının futbolçusu Radamel Falkao mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubunu tərk edərək, "Monako"ya qayıdacaq.
SportArena.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qal açıqlama verib.
"Falkao ən yüksək səviyyəli peşəkar və yaxşı insandır. Şəxsən özüm və klubun adından ona gələcəkdə uğurlar arzulayıram" deyə hollandiyalı mütəxəssis bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" Radamel Falkaonu ötən yay icarəyə götürüb. Bu mövsüm kolumbiyalı hücumçu 26 oyuna 4 qol vurub.