Azərbaycan futbolunun veteranı Nazim Süleymanovun 50 illik yubileyi ilə əlaqədar yoldaşlıq görüşü keçirilib.
SportArena.az xəbər verir ki, Vladiqafqaz "Alaniya"sı ilə azərbaycanlı veteranlardan ibarət komanda arasında baş tutan görüşdə 7:7 hesablı heç-heçə qeydə alınıb.
Süleymanov bu görüşün birinci hissəsində Vladiqafqaz klubunun, ikinci hissədə isə Azərbaycan yığmasının heyətində oynayıb. Yubilyar özü isə bu görüşdə 4 qola imza atıb. Onlardan birini həmyerlilərinin qapısından keçirən Süleymanov, yığmamızın heyətində də "Alaniya"ya 3 qol vurub. Millimizin digər qollarını het-trikə imza atan Musa Qurbanov və bir dəfə fərqlənən Oqtay Abdullayev vurub.