Afrikalı açıqladı- Droqba “Çelsi”dən gedir!

11:10 25 May 2015

Didye Droqba "Çelsi"dən ayrılır.
 


SportArena.az xəbər verir ki, bu barədə London klubunun hücumçusu Didye Droqba özü məlumat verib. 

Onun sözlərinə görə, İngiltərə çempionatında “Sanderlend”ə qarşı matç onun bu komandada sonuncu oyunu olacaq. Bu barədə məlumat “Çelsi”nin saytında yayılıb. Bununla belə, Droqba karyerasını bitirmək fikrində olmadığını, başqa komandanın tərkibində heç olmasa daha bir mövsüm də oynayacağını deyib.

Xatırladaq ki, “Çelsi”-“Sanderlend” qarşılaşması bu gün Londonda keçiriləcək.


Xəbər xətti