Son günlər yayılan xəbərlərə görə, "İnter" Avroliqaya getməyə maliyyə cəhətdən sıxıntı çəkir. Belə olan halda, "İnter"i Avropada AZAL təmsil etmək variantı ortaya çıxır.
SportArena.az olaraq, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb, məsələyə münasibətini öyrəndik:
"Biz də belə bir məlumat yoxdur. Çünki, "İnter" Avroliqada oynamaq hüququna malikdir və onlar bu yarışda iştirak etməlidirlər".
Cavid ƏHMƏDOĞLU