AZAL-dan gedəcək futbolçu danışdı: "Xəbər düzdü"

13:01 25 May 2015

Xəbər verdiyimiz kimi AZAL-ın futbolçusu Azər Məmmədov bu gün komandasından ayrıla bilər.

 

SportArena.az olaraq, bu məsələyə münasibət bildirmək üçün, Azərin özü il danışdıq:

 

"Xəbər düzdü. Hazırda bir-neçə klubdan təklif var. Hansı komandada çıxış edəcəyimi təxminən qərar vermişəm, amma hələ açıqlaya bilmərəm. AZAL rəhbərliyi ilə danışmışam, bu gün müqaviləmi qarşılıqlı şəkildə ləğv edərəm. Onlardan çox razıyam və aramızda he bir narazıılıq yoxdur".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti