Xərçəng xəstəliyinin pəncəsindən qurtulan argentinalı futbolçu Jonas Qutyerres yaşlı meydanlara geri dönüb.
SportArena.az xəbər verir ki, o, klubu "Nyukasl"ın İngiltərə Premyer Liqasında "Vest Hem"ə qarşı oyununda iştirak edib.
Görüşdə fərqlənən Qutyerres, bir qola da asisentlik edib. Xərçəngi yenən futbolçu, komandasını da autsayderlər sırasına düşməkdən xilas edib.
Oyundan sonra mətbuata açıqlama verən futbolçu hisslərini belə dilə gətirib: "Bir neçə ay öncə oynayıb-oynamayacağımı bilmirdim. Ama indi buradayam, geri döndüm və futbol oynayaraq xoşbəxtəm. Həyat mənə ikinci şans verdi. "Nyukasl" hazırkı vəziyyətindən daha böyük yerləri hədəf etməlidir. Komandamızın yeri ilk 10-luqda olmaqdır".
Qeyd edək ki, 38-ci turdan sonra "Nyukasl" 39 xalla 15-ci pillədə qərarlaşıb.