Premyer Liqanın son turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Simurq"da problemlər davam edir.
SportArena.az xəbər verir ki, komanda üzvləri Lənkərana getməyə pul tapmırlar. Buna görə də komanda səfərə çıxmaya bilər. Saytımıza daxil olan xəbərə görə, cənub klubunun rəhbərliyi "Simurq"a gecələmək üçün otel vermək qərarına gəlib. Belə ki, Palmaliyə məxsus olan "Palmalife" oteli oyundan bir gün öncə Lənkərana gəlmiş "Simurq"un futbolçularının öhdəsində olacaq.
Qarşıdakı saatlarda xəbərə münasibət öyrənəcəyik.
Cavid ƏHMƏDOĞLU