Azərbaycan Premyer Liqasında 2015/16 mövsümü üçün yay transfer pəncərəsinin vaxtı açıqlanıb.
SportArena.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu haqda qurumun Oyunçuların Statusu və Transferi Komitəsi qərar qəbul edib. Qərara əsasən, yay transfer pəncərəsi iyunun 9-da açılacaq, avqustun 31-də isə bağlanacaq.
Həmçinin qərarda növbəti Azərbaycan Premyer Liqasının avqust ayında (dəqiq vaxt hələ açıqlanmır) başlanacağı bildirilib.