Karate üzrə dünya çempionu Anton Krivoşeyevin Novosibirskdə cəsədi tapılıb.
SportArena.az xəbər verir ki, 25 yaşlı idmançı 21 may 15:00 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb.
Sonuncu dəfə onunla 15:35 saatlarında telefon əlaqəsi olub. Ondan sonra isə o, telefon zənglərinə cavab verməyib. 22:00-da isə artıq telefonu sönülü olub.
Polislər onun Porsche Cayenne markalı avtomobili Novosibirskdə küçədə rast gəliblər, lakin maşının içində nə sənədləri, nə də telefon olmayıb.
Qeyd edək ki, Krivoşeyev karatenin kekusin-kan növü üzrə 65 kq-da dünya və Rusiya çempionu olub.