Türkiyə Superliqasının 33-cü turu başa çatdı.
SportArena.az xəbər verir ki, çempionluğa iddialı "Fənərbaxça" səfərdə "Başakşəhər"in qonağı olub. Son tura qədər şansını saxlamaq istəyən "sarı-lacivərdlilər" buna müvəffəq ola bilməyiblər.
Belə ki, meydan sahibləri "sarı bülbüllər"ə məğlub olmamaqla sona bir tur qalmış "Qalatasaray"ın çempionluğunu rəsmiləşdirməyində yardımçı olublar - 2:2.