Topaz Premyer Liqasının XXXV turunda "Qarabağ"la oyundan sonra "Xəzər" TV-yə açıqlama verən gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadze bunları deyib:
"Açığı, mən çox incikəm. Cənab Nikolovdan incimişəm. Mən 6 il ərzində burada çox yaxşı işlədim. Amma mənə heç "çox sağ ol" da demədi. Belə münasibət mənə xoş deyil. Elə təsəvvür yaranır ki, burada boş yerə işləmişəm. Nə isə. Lənət şeytana. Burada çalışdığım üçün azarkeşlərə minnətdaram".