"Fənərbaxça"nın futbolçularını daşıyan avtobusuna növbəti hücum olub.
SportArena.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu, İstanbul klubunun Türkiyə superliqasının 32-ci turunda "Başakşehir"lə (2:2) qarşılaşmadan sonra baş verib.
Samandırada Can Bartu bazasının yaxınlığında təxminən 200 azarkeş avtobusu daş və yumurta atəşinə tutublar. Nəticədə avtobusun şüşüləri sınıb, ancaq yaralan olmayıb. Hücum zamanı təkcə avtobusun sürücüsü xəsarət alıb.