FOTO Bakıda qızlara döyən idmançıya cinayət işi açıldı

10:41 26 May 2015

"Famous" karaoke-klubda qızları döyən çempion İsa Əzizov Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə məsuliyətə cəlb olunub. İşi araşdıran Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin təhqiqatçısı Müşfiq Cəbrayılov asında bildirib ki, toplanmış materiallar istintaqa göndərilib. 

 

Zərərçəkmişlərin izahatı alınıb. İsa Əzizovu isə hələ də tapmaq mümkün olmayıb. Hadisə zamanı hücuma məruz qalan Diana Babayeva Rusiya vətəndaşı olduğunu və başına gələnlərlə bağlı səfirliyə müraciət edəcəyini vurğulayıb.

 

İsa Əzizovun barəsində Səbail rayonunda da hələ davam edən cinayət işi var.

 

Qeyd edək ki, İsa Əzizov hazırda yüksək vəzifə tutan generalın bacısı oğludu. O, kikboksinq idman növü ilə məşğuldu və yüksək nəticələrə sahibdi. O, ötən karaoke klubda Elvina Əliyevanı döyüb, sonra isə "Gellandevagen" markalı maşına qoyaraq aparmaq istəyib.milli.az


Digər xəbərlər

Xəbər xətti