"Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanovun İtaliyada əməliyyat olunub yenicə qayıtdığı haqqında sizə xəbər vermişdik.
SportArena.Az olaraq, Ruslanla əlaqə saxlayıb, son durumu haqqında soruşduq:
"Hal-hazırda vəziyyətim yaxşıdır. İtaliyada mənə məşq planı veriblər ki, onun üzrində çalışıram. Həkimlərimlə tez-tez əlaqə saxlayıram. Onların dediyinə görə, komanda ilə birlikdə toplanışda iştirak edə biləcəm. Yəqin ki, "Qəbələ"nin Avroliqadakı oyunlarında yenidən yaşıl meydanda olacağam. 8 aydır ki, oynamıram. İndi əsas məqsədim özümü formaya salıb, "Qəbələ"nin uğurlarında pay sahibi olmaqdır".