"Xəzər Lənkəran"lılar Afrikadan niyə qayıdır? Klubdan açıqlama gəldi

13:18 26 May 2015

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran”ın İdman Direktoru Yunis Hüseynovun və komandanın tərcüməçisi Elvar Quliyevin Malidə futbolçu axtarışındadılar. Cənub komandasının rəsmilərinin 10 günlük Mali səfərindən sonra Portuqaliyaya gedəcəyi gözlənilirdi. Lakin son anda klub rəhbərliyi başqa qərar qəbul edib. Belə ki, cənub rəsmiləri Malidən birbaşa ölkəyə qayıdacaqlar.

 

SportArena.az-a danışan Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bidirdi ki, Portuqaliyada çempionat oyunları sona çatdığına görə və Hüseynovla Quliyevə Azərbaycanda vurulan peyvəndin nəticəsini 10 gün gözlədiklərinə görə, geckimə baş verdi. Və nəticədə planlarımızda dəyişiklik etməli olduq.

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti