Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
SportArena.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 35-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.
Azərbaycan Premyer Liqasının XXXV turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının XXXV turunun “Bakı” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Neftçi” matçında diktorun olmamasına görə “Bakı” klubuna ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlandığı halda kluba cəza veriləcək.
Azərbaycan Premyer Liqasının XXXV turunun AZAL – “Simurq” matçının 21-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Amil Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 21-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Amil Ağacanovun qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klub 5000 manat cərimə olunub.