Azərbaycan birinci divizionunda 29-cu tura start verilib.
SportArena.Az-ın "Region TV"-yə istinadən yaydığı xəbərə görə, Gəncənin "Kəpəz" klubu doğma meydanında "Qaradağ Lökbatan"ı qəbul edib.
Qarşılaşmadan öncə Bakının Binəqədi rayonunda hündürmərtəbəli binanın yanması nəticəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
İlk hissədə qolun qeydə alınmadığı qarşılaşmada hesab 68-ci dəqiqədə açılıb. Qonaqlardan Vurğun Həsənzadə sükutu pozub. Gəncəlilər 10 dəqiqə sonra bu qolun cavabını verib. Bu qoldan sonra ev sahiblərindən Tural Məmmədov qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Ancaq Bakılılar bu fürsətdən istifadə edə bilməyib və tərəflər meydandan 1:1 hesablı sülhlə ayrılıb.
Beləliklə də "Kəpəz" turnir cədvəlində 9-cu pillədəki mövqeyini qoruyub.