FOTO Yeniyetmələr qonşu respublikadan gümüş və bürünc medalla qayıdıb

15:36 26 May 2015

21-24 may 2015-ci il tarixdə Dağıstan Respublikasının Şamilovski rayonunda Suraqat Asiyatilovun xatirəsinə həsr olunmuş yeniyetmə sərbəst güləşçilər arasında 45-ci Respublika turniri keçirilib.



Qonşu respublikanın dəvətinə əsasən, turnirdə iştirak edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb. 

Məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə mübarizə aparan yığma komandanın üzvü Orxan Həsənov (85 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Bürünc medalı isə yığmamıza Cabbar Məmmədzadə (35 kq) qazandırıb.


Digər xəbərlər

Xəbər xətti