Gəncədə yeni fan-klub yarandı- Fəaliyyət nədən ibarətdir?

16:29 26 May 2015

"Kəpəz"in Premyer Liqaya çıxması Gəncə azarkeşlərini də həvəsləndirib. Belə ki, "Kəpəz" və "Xəmsə" fan-klubundan sonra, yeni yaranmış "Gəncə" fan-klubu da fəaliyyətinə start verdi. Ramin İbrahimovun rəhbərliyi etdiyi fan-klubun özəlliyi ondan ibarətdir ki, burada daha çox orta və yaşlı nəslin nümayəndələri toplaşıb.

 

SportArena.az olaraq, "Gəncə" fan-klubunun rəhbri Ramin İsmayılovla əlaqə saxlayıb, komanda və fan-klub haqqında fikirlərini öyrəndik:

 

"İlk olaraq, çox sagolun ki, bizə diqqət ayırdınız. "Gəncə" fan-klubu yeni yaranıb. Hələ ki, 20-30 üzvümüz var və "Gəncə"də toplaşan fanatlar əsasən orta və yaşlı insanlardır. Biz stadiona daha yaxın yerdə yaşadığımız üçün, burada baş verən hadislərin ən çox şahidi olan insanlarıq. Yəni ki, bu vaxtacan "Kəpəz"də baş verən bütün hadisələrin canlı şahidi olmuşuq. İstəyimiz də ondan ibarətdir ki, insanlarda futbola maraq yaradaq. Gəncədə həmişə futbolu seviblər, amma son zamanlar "Kəpəz"dən biraz ayrı düşüblər. Şükürlər olsun ki, yenidən Premyer Liqaya qayıtdıq, inanıram ki, yenidən həmin möhtəşəm azarkeş ordusu stadiona dönəcək. Bu gün Azərbaycanda "Xəzər Lənkəran"da azarkeş qalıb, başqa bütün şəhərlərdə azarkeşlər stadiona getmir. Bu problem Gəncə kimi böyük şəhərdə də müşahidə olunur. İndi stadionumuz təmirdədi deyə, "Kəpəz" ev oyunlarını "Dalğa arena"da keçirəcək. Biz inanırıq ki, sevimli komandamız yenidən gəncəyə dönüb, azarkeşləri öz qələbələri ilə sevindirəcək. Fan-klub yaratmaqla tək tribunada əyləşmək haqqında düşünmürük. Biz eyni zamanda klubumuzun aşağı yaş qrupları üzrə komandaların məşqləri və oyunlarını da diqqətdə saxlayacıq. Yol vermərik ki, savadsız və bacarıqsız müəllimlər istedadlı uşaqlarımızı məhv etsin".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti