AÇIQLAMA AFFA ali futbol qurumuna müraciət etdi

17:32 26 May 2015

Gələn il Kolumbiyada futzal üzrə dünya çempionatı keçiriləcək.

 

SportArena.az xəbər verir ki, AFFA bu dünya çempionatının seçmə mərhələsinun bir qrupunun oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar FİFA-ya müraciət edib.

Bunu Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov  açıqlayıb. DÇ-2016-nın seçmə mərhələsinin püşkatması hələ atılmayıb. Reqlamentə görə, seçmə mərhələ oyunları bu ilin dekabr ayında keçirilməlidir.

Xatırladaq ki, Bakı DÇ-2012-nin seçmə mərhələ oyunlarına ev sahibliyi edib. O vaxt Xorvatiyaya uduzan (1:3) Azərbaycan millisi sonradan Makedoniya (7:1) və Ukraynaya (4:2) qalib gəlmişdi. Lakin pley-off mərhələsində yığmamız Rusiya ilə bacarmamışdı (2:3, 2:2).


Digər xəbərlər

Xəbər xətti