"Xəzər Lənkəran" "Simurq" qarşısına Sanko, Sadio və Skarlasız çıxacaq

18:19 26 May 2015

Premyer Liqanın son turunda "Simurq”u qəbul edəcək "Xəzər Lənkəran” oyuna ciddi itkilərlə çıxacaq.

 

SportArena.az xəbər verir ki, cənublular son matçda 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Özü də bunların 3-ü legionerdir (yerlilərdən yalnız Ağabala Ramazanov oynaya bilməyəcək). Adrian Skarlatake sarı vərəqə limitini doldurduğundan cəzalı durumdadır, Sadio Tounkara zədəyə görə mövsümü bitirib, Alfred Sanko isə AZAL ilə oyunda zədələndikdən sonra sıraya dönməyib. Yeri gəlmişkən, Sanko bu gün komandanın düşərgəsini tərk edərək Norveçə yollanıb. Belə durumda düşərgədə yalnız 1 əcnəbi qalıb - qapıçı Vyekoslav Tomiç.


Digər xəbərlər

Xəbər xətti