"Xəzər Lənkəran"ın keçmiş üzvü Denis Kalinkov gözlənilmədən klubundan ayrılıb.
SportArena.az xəbər verir ki, Moldovanın "Tiraspol"unda oynayan Denisi klub rəhbərliyi klubdan uzaqlaşdırıb. Bu barədə Kalinkov özü məlumat verib:
"Bu barədə mətbuatdan öyrəndim. Sən demə xəbər doğru imiş. Nə baş verdiyini bilmirəm. Karyeramı harada davam etdirəcəyimi indidən deyə bilmərəm”.