Bizimkilər Türkiyədə: Kim nə qədər ...

23:11 26 May 2015

Türkiyənin PTT 1-ci liqasında 2014/15 mövsümünə yekun vuruldu.



SportArena.az anspress-ə istinadən xəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor"un çempionluğu ilə yekunlaşan liqada bu mövsüm 11 futbolçumuz çıхış edib. Onlardan 4-ü milliləşdirilmiş futbolçulardı.

Mövsümün ilk yarısını "Orudspor"da çıхış edən Umut Sönməz ikinci hissədə "Qaziantep BB"nin formasını geyinib. İlk dövrədə "Qaziantep BB"də oynayan Vaqif Cavadov isə qış fasiləsində "Boluspor"a transfer olunub.

Ən çoх forma geyinən futbolçu Branimir Subaşiç olub. Millimizin sabiq üzvü "Manisaspor"un 38 kubok və liqa matçında meydana çıхaraq 2712 dəqiqə oynayıb və 5 qol vurub.

Ufuk Budak "Qaziantep BB"nin 32 oyununda meydanda olaraq 2673 dəqiqə oynayıb. Umut Sönməz "Orduspor" və "Qaziantep BB"nin heyətində 34 oyuna çıхaraq 2053 dəqiqə oynayıb və 6 qola imza atıb. Ayaz Mehdiyev ilk yarıda cəmi bir kubok matçına çıхaraq 50 dəqiqə forma geyinib.

Daha bir futbolçumuz isə ilk yarıda Super Liqa klubu "Sivasspor"da çıхış edib. Qışda "Simurq"a transfer olunan hücumçu 3 rəsmi oyunda 171 dəqiqə oynayıb.


Digər xəbərlər

Xəbər xətti