SON DƏQİQƏ: Daha bir legioner "Xəzər Lənkəran"dan şikayət etdi

10:24 27 May 2015

FİFA-nın Veldin Muharemoviçә görә "Xәzәr Lәnkәran"a verdiyi transfer qadağası cәzasına etiraz edәn cәnub klubunun bununla bağlı İdman Arbitraj Mәhkәmәsinә (CAS) şikayәt etdiyi xilə bağlı məlumat vermişdik.
 
 
SportArena.az xәbәr verir ki, CAS-ın bu şikayәtә nә zaman baxacağına da aydınlıq gәlib. Belә ki, "ağ-yaşıllar"ın şikayәtinә iyunun 2-dә baxılacaq. Mәhz hәmin gün transfer qadağası cәzasının aradan qalxıb-qalxmayacağına aydınlıq gәlәcәk.

Bundan başqa CAS "Xәzәr Lәnkәran"la bağlı daha bir mәsәlәyә baxacaq. Belә ki, Con Benjamin Toşakın zamanında komandadan qovulan braziliyalı müdafiәçi Eder Oliveyra Bonfim da cәnub klubundan FİFA-ya şikayәt edib. Ali futbol qurumu buna görә dә cәnublulara cәrimә kәsib. Lakin bununla razılaşmayan "Xәzәr Lәnkәran" braziliyalı müdafiәçi haqqında FİFA-nın verdiyi qәrardan narazı qalaraq CAS-a şikayәt verib. Bu mәsәlә dә iyunda İdman Arbitraj Mәhkәmәsindә müzakirә olunacaq. 

Qeyd edәk ki, Eder Oliveyra Bonfim müqavilәsi ola-ola klubdan qovulmuşdu. Braziliyalı futbolçu da buna görә "ağ-yaşıllar"dan tәzminat tәlәb edir.futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti