Sabiq "Kəpəz" rəsmisinə sərt cavab: "İmkan verin ki, Gəncədə yenidən futbol olsun"

11:16 27 May 2015

Dünən sərt açıqlama ilə yadda qalan "Kəpəz"in keçmiş vitse-prezidenti Pərviz Yusifov bildirib ki, "Mehman Allahverdiyev öz ətrafına quldurları yığaraq, "Kəpəz"i idarə etmək istəyir. Allahverdiyev imkan verməz ki, Şahin Diniyev orada uğur qazansın. Mənə yenidən təklif gəlsə, "Kəpəz"də işləyəcəm". Belə sərt danışan Pərviz bəyin fikirləri isə Gəncədə birmənalı qarşılanmayıb.

 

 

SportArena.az olaraq, bu gün "Kəpəz" fan-klubunun rəhbəri Elmar Vəliyevlə əlaqə saxlayıb, bu fikirlərə münasibətini öyrəndik:

 

"Mən bu fikirlərlə razı deyiləm. Bilmirəm bu cür danışmaqla nəyə nail olmaq istəyirlər. Hələ "Kəpəz"in sponsoru belə məlum deyil, qaldı ki, kimlərsə klubu dağıda bilsin və ya quldurluq etsin. İmkan verin ki, Gəncədə yenidən futbol olsun. Bu gün bütün Gəncə azarkeşləri sevinir ki, böyük futbola qayıtmışıq. Amma bu bəzi qüvvələrə sərf etmir. Fan-klublar yaradıllar ki, klubun idarə sistemində səhvlər tapıb, yersiz müdaxilə etsinlər. Mehman Allahverdiyev mənim heç bir qohumum nə də yaxınım deyil. Sadəcə olaraq, biz Mehman müəllimə onun işinə və uğurlarına görə dəyər veririk. Çünki, Mehman müəllim bizə kuboklar, medallar qazandırıb. "Kəpəz" azarkeşləri yaxşını pisdən ayırmağı bacarır, buna görə də biz həm Mehman Allahverdiyevə, həm də Şahin Diniyevə dəstək oluruq. İnanırq ki, onların sayəsində "Kəpəz" əvvəlki qüdrətini qaytaracaq". Mehman müllim öz cibindən pullar cərcliyirdi, futbolçulara daim dəstək olurdu ki, onlar "Kəpəz"in çıxışını davam etdirsinlər. Sonra bizim keçmiş sponsorlar olan, Rza müəllim, Müsfiq müəllim, Xanlar müəllim var idi ki, onlar bu klub üçün hər şüy ediblər. İndi onlar da durub nəsə deməlidirlər bəyəm? Sadəcə olaraq, önlar öz insanlıq borcunu yerinə yetirdilər və "Kəpəz"i yaşatdılar. Mən özüm eşidəndə ki, "Kəpəz"ə sponsor gəlir.stadionda qurna kəsdim. Yəni ki, bu klub hərbirimizindir, gərək çalışaq ki, doğma komandamızını zirvələrə aparaq. Boş-boş danışmağa ehtiyyac yoxdur".

Cavid ƏHMƏDOĞLU


Digər xəbərlər

Xəbər xətti