FİFA üçün ŞOK: Məmurlar həbs edildi

12:15 27 May 2015

FİFA İcraiyyə Komitəsinin iki vitse-prezidenti - Ceffri Uebb və Euhenio Figeredo, eləcə də İK üzvü Cek Uorner Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər.

 

SportArena.az xəbər verir ki, Onlar FİFA-nın illik toplantısında iştirak etmək üçün İsveçrədə imiş. Mayın 29-da keçiriləcək toplantıda indiki prezident Yozef Blatterin növbəti dəfə prezident seçiləcəyi gözlənilir.
 
Ümumən 10 FİFA məmurunun həbsinə sanksiya verilib. Lakin onların bəziləri İsveçrədə deyil. Bu şəxslər bəzi ölkələrə dünya çempionatlarının ev sahibliyi hüququnun verilməsi, marketinq və yayım anlaşmaları zamanı korrupsiyaya yol verməkdə ittiham edilir. İttihamlar arasında reket, çirkli pulların yuyulması, dələduzluq da var.
 
Xatırladaq ki, FİFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Katara verərkən külli miqdarda rüşvət aldığı haqda Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilib. 
 
Saxlanılanların ABŞ-a ekstradisiya olunacaqları bildirilir.


Digər xəbərlər

Xəbər xətti