Bayıl stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarından ibarət komanda ilə Bakı 2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komanda arasında yoldaşlıq oyunu keçirilib.
SportArena.az xəbər verir ki, oyunda topa ilk zərbəni Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov və U-21 qızlar yığmasının üzvü Nigar Cəlilli endirib.
Qarşılaşma 3:2 hesabı ilə Bakı 2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komandanın xeyrinə başa çatıb.