Azərbaycan futboluna itki üz verib. “Neftçi” klubunun sabiq futbolçusu Telman Əzizov 63 yaşında ikən dünyasını dəyişib.
SportArena.az xəbər verir ki, veteran futbolçu ürək tutmasından keçinib. Mərhum bu gün Binəqədi qəbiristanlığında dəfn olunacaq.
1952-ci ildə anadan olan Telman Əzizov 1973-1977-ci illər ərzində “Neftçi”nin heyətində 35 oyun keçirib, 1 qol vurub. O, dünyasını dəyişənədək AFFA nümayəndəsi kimi oyunlara təyinat alıb.
Allah rəhmət eləsin!