Konstantin Markelov: "I Avropa Oyunları tarixə düşəcək"

15:01 27 May 2015

Azərbaycanın ilk Avropa Oyunlarını qəbul edəcəyi ölkədə iqtisadi inkişafın olduğunu sübut edir.

 

Bunu Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov deyib.

O, qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarının təşkili üzrə xeyli iş görüb: "Avropada heç də hər bir ölkə belə layihəni hazırda reallaşdıra bilməz. Bu Oyunlar tarixə düşəcək".

K.Markelovun sözlərinə görə, Rusiya qarşıdakı I Avropa Oyunlarına hazırlıq işlərini izləyir: "Ümid edirəm ki, Rusiya nümayəndə heyəti Oyunlarda ən geniş tərkibli olacaq. Oyunların açılışında Rusiya Prezidenti Vladimir Putin və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də iştirak edəcəklər".


Digər xəbərlər

Xəbər xətti