İker Kasilyas: "Ançelottiyə qəzəbli idim"

15:51 27 May 2015

“Real” böyük tələblərin olduğu yerdi. Ortada uğursuzluq varsa, deməli, rəhbərlik bu qərarda haqlıdı”.Bunu “Real”ın qapıçısı İker Kasilyas deyib.
 
 
Uğursuz mövsümdən sonra baş məşqçi Karlo Ançelottinin “kral klubu”ndan qovulmasına münasibət bildirən qolkiper buna məyus olduğunu deyib: “Ançelotti mənə əsas heyətdə yer verməyəndə, ona çox qəzəbli idim. Amma indi ona minnətdarlığımı bildirirəm. Çünki mənə doğru yolu göstərdi. O, böyük insandı və Madridi də doğma şəhəri kimi sevir”.
 
Kasilyas komandasını dəyişəcəyi ilə bağlı yayılan söz-söhbətlərə də aydınlıq gətirib. 34 yaşlı qolkiper “Real”dan ayrılmağı ağlından belə, keçirmədiyini söyləyib: “Əminəm ki, gələn mövsüm də burda olacam. Özümü başqa klubda təsəvvür edə bilmirəm. Karyeramı elə “Real”da bitirmək istəyirəm. Gələn mövsüm də çərçivədə uğurla dayanacaq gücü özümdə görürəm. Mövsümə elə hazırlaşacam ki, “Real”da sanki ilk ilim olacaq”.
 
Qeyd edək ki, İspaniya mətbuatı “Real”ın İker Kasilyası satacağını və “Mançester Yunayted”in qapıçısı David De Xeanı transfer edəcəyini iddia edir.


Digər xəbərlər

Xəbər xətti