Hacı İbrahim sərbəst buraxıldı- Günahkarlar isə artıq Kürdəxanıdadı

11:51 28 May 2015

İş adamı, "Avesta" şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli azad olunub. 

 

Bu barədə publika.az-a İbrahim Nehrəmli özü eksklüziv açıqlama verib. Saxlanıldığını təsdiq edən İbrahim Nehrəmli araşdırmaların yekunlaşdığını bildirib. "Araşdırmalar bu gün yekunlaşdı və qərar qəbul olundu. Məlum oldu ki, mənim heç bir günahım yoxdu. Götürdüyüm kreditin fazini vaxtlı-vaxtında ödəmişəm. O cümlədən bu ayın əvvəlimndə də 1,5 milyon faiz vermişəm. 2019-cu ilədək isə krediti qaytarmalıyam".

 

Ölkədə sahibkarlar üçün yaradılan şəraitə görə, dövlət başçısına təşəkkür edən Hacı İbrahim Nehrəmli, layihələrinin davam etdiriləcəyini vurğulayıb.

 

"Sabah mənim üçün ikiqat bayramdı, ad günümdü. Ailəmlə birlikdə qeyd edəcəm", - deyən şirkət rəhbəri günahı olan şəxslərin artıq Kürdəxanı təcridxanasında olduğunu bildirib.


Digər xəbərlər

Xəbər xətti