FOTOFAKT "Neftçi"nin rəsmisi "Qarabağ"ı təhqir etdi: "Flavinyo finalda iylənmiş bir komandanın … dağıtmağa söz verdi”

12:42 28 May 2015

Sadıq Sadıqovun “Neftçi”si ölkə çempionu olmasına, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına, ölkə kubokuna sahib çıxmasına baxmayaraq, ona görə tənqid olunurdu ki, keçmiş prezidentin dövründə “ağ-qaralar” daha çox gücə, təzyiqə hesablanan addımlar atırdı. Bu da ictimaiyyətdə narazılıq yaradırdı.

 

“Neftçi”də struktur dəyişikliyi olandan, AFFA-nın baş katibi Elxan Məmmədov öz adamlarını “xalq komandası”na yerləşdirəndən sonra insanlarda ən azı ona ümid yarandı ki, daha gücə, zorbalığa söykənən klub görməyəcəyik. Elə “Neftçi”nin icraçı direktoru, əslində klubun idarəçisi olan Elnur Məmmədov da açıqlamalarında artıq başqa klub görəcəyimizi, fərqli sistemlə idarə olunan komandaya şahidlik edəcəyimizi vəd edirdi. Amma dünən bu klubun əməkdaşlarından olan Çingiz Həsənovun sosial şəbəkədə paylaşdığı bir status “ağ-qaralar”ın yağışdan çıxıb yağmura düşdüyünü göstərdi.

Çingiz Həsənov əvvəllər “Neftçi”nin mətbuat xidmətində işləyib. Elnur Məmmədov klubun idarəçiliyini ələ alandan sonra Həsənov marketinq və sponsorlarla iş adlanan departamentə keçib. Deyilənlərə görə, Elnur Məmmədov Həsənovun boynuna daşıdığı vəzifəyə uyğun olmayan iş qoyub: ona sosial şəbəkələrdə “Neftçi”ni təbliğ etmək, azarkeşlərlə işləmək tapşırılıb.

Çingiz Həsənovun iyunun 3-də keçiriləcək “Qarabağ”la ölkə kubokunun finalına həsr olunan, dünən paylaşdığı status da ona tapşırılan “işlər”dən biri olub. “Ağ-qaralar”ın braziliyalı legioneri Flavinyo ilə şəklini paylaşan klub rəsmisi şəklin üstündəki yazıda Ağdam klubunu təhqir edən ifadələr işlədib:

“Kapitan Flavinyo zədəsini sağaltmaq və finalda bir... komandanın "da...nı dağıtmağa" söz verib”.

Bu da sizin yenilənmiş “Neftçi”, Elxan Məmmədov, Elnur Məmmədov. Sadıq Sadıqovun dövründə Araz Abdullayev, Mirhüseyn Seyidov, Mahir Şükürov kimi əxlaqdan kasad futbolçular zaman-zaman etik qaydaları pozurdular, şillə-təpikdən istifadə edirdilər. Amma hətta Sadıqovun dövründə də hansısa klub rəsmisinin bu cür səviyyəsiz, əxlaqsız ifadə işlədib, rəqibi təhqir etdiyini xatırlamırıq. Siz xatırlayırsıza, lütfən, deyin.komanda.az


Digər xəbərlər

Xəbər xətti