Bu gün Premyer Liqada mövsümün son oyunu çərçivəsində "Xəzər Lənkəran" "Simurq"u qəbul edəcək.
SportArena.az xəbər verir ki, maliyyə problemlərindən əziyyət çəkməsinə baxmayaraq, Zaqatala klubu Lənkərana yollanıb.
Qeyd edək ki, "Simurq"un əvəzedici komandası bu səbəbdən ötən gün səfərə yollanmamışdı və buna görə texniki məğlubiyyət alacaq. Əsas komandanın da son matça getməyəcəyinə dair xəbərlər dolaşmasına baxmayaraq, son anda Georgi Çixradzenin komandası Lənkərana yollanıb.