Xəbər verdiyimiz kimi "Neftçi" rəsmisi "Qarabağ"ı təhqir edib.
SportArena.az xəbər verir ki, kubokun finalı öncəsi Ağdam təmsilçisini təhqir edən "Neftçi"nin mətbuat xidmətində çalışan Çingiz Həsənova cavab "köhlən atlar"ın ən böyük azad azarkeş klubu olan "İmarət"dən gəlib.
"İmarət" öz rəsmi "facebook" səhifəsində hər şeyə kubokun finalında - iyunun 3-də aydınlıq gələcəyini qeyd edərək, qarşı tərəfə də təhqirlə "atəş açıblar".