AÇIQLAMA "FİFA məmurları üst-üstə 10 milyard dollar rüşvət alıb"

14:54 28 May 2015

ABŞ-ın Ədliyyə Nazirliyi hesab edir ki, son 20 ildə FİFA-nın müxtəlif məmurları rüşvət qismində üst-üstə 10 milyard alıblar.

 

SportArena.Az-ın "musavat.com"a istinadən verdiyi xəbərə görə, bu barədə danışan baş prokuror LorettaLinç ittihamların 47 maddədən ibarət olduğunu bildirib. Məmurlar həmçinin, dələduzluqda və çirkli pulların yuyulmasında ittiham edilirlər.

İttihamlar habelə 2010-cu ildə dünya çempionatının ev sahibliyinə səsvermə məsələsinə aiddir – o vaxt səsvermənin yekununda CAR qalib gəlmişdi.

Qeyd edək ki, müttəhim qismində təşkilatın iki nəsil məmurlarının adı keçir. Baş prokurorun sözlərinə görə, onlar Birləşmiş Ştatların maliyyə sisteminə ziyan vurublar və Amerika qanunlarını pozublar.

Az öncə xəbər verilmişdi ki, İsveçrənin federal polisi Sürixdə ABŞ-ın ekstradisiyasını tələb etdiyi 6 FİFA məmurunu saxlayıb. Ümumilikdə iş üzrə 14 nəfərin adı keçir.

Qalmaqal FİFA-da yeni prezident seçkilərinə bir neçə gün qalmış qalxıb. Qurumun hazırkı başçısı Zepp Blatter istefa çağırışlarına rəğmən, hələ ki, seçkilərin favoriti olaraq qalır.


Digər xəbərlər

Xəbər xətti