UEFA Avropa Liqasının 2014/15 mövsümünün finalında İspaniyanın “Sevilya” klubu Ukraynanın “Dnepr” komandasına qalib gələrək kuboku qazandı.
SportArena.az xəbər verir ki, bu qələbə ilə İspaniya turnirdə qazandığı kubokların sayına görə İtaliyaya çatdı. Hər iki ölkənin futbol klubları bu kuboku 9 dəfə qazanıblar.
Qeyd edək ki, bu siyahıda 3-cü yeri İngiltərə (7 kubok) tutur.