"Bakı-2015": Avropa Oyunları Xorvatiyada da yayımlanacaq

15:37 28 May 2015

Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları daha bir ölkədə yayımlanacaq.

 

SportArena.az xəbər verir ki, Oyunların Əməliyyat Komitəsi Xorvatiyada açılış mərasiminin işıqlandırılması haqqında yayım sövdələşməsi imzalayıb.

Sövdələşməyə əsasən, 12-28 iyun tarixlərində baş tutacaq Avropa Oyunları 2011-ci ildə Xorvatiyanın Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən, ilk TV kanalı olan və pulsuz yayımlanan “Sportska Televizija” (SPTV) kanalında hər gün 10 saat ərzində yayımlanacaq.

SPTV kanalı həm də açılış və bağlanış mərasimlərini nümayiş etdirəcək. Habelə Xorvatiya idmançılarının iştirakının təşviqat səciyyəli materiallar vasitəsilə geniş surətdə işıqlandırılmasını təmin edəcək.


Xəbər xətti