Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək

15:42 28 May 2015

Mayın 29-da AFFA-nın inzibati binasında əməkdar məçqçi Əhməd Ələsgərovun anım tədbiri keçiriləcək.

 

SportArena.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, saat 15:00-da başlayacaq tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edəcək.

Xatırladaq ki, Əhməd Ələsgərov bu il mayın 19-da Ukraynanın Odessa şəhərində dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti