Avropa Liqasının finalında İspaniya "Sevilya"sı ilə matçda zədələnən Ukrayna "Dnepr"inin futbolçusu Mateus Leytenin burnu sınıb.
SportArena.az xəbər verir ki, 87-ci dəqiqədə huşunu itirən hücumçu Varşava xəstəxanalarından birinə aparılıb.
Ukrayna klubunun mətbuat xitmətindən verilən xəbər görə, Mateusa burun sümüklərində qırıq və başında əzik diaqnozu qoyulub. Futbolçu artıq komandaya qoşulub.
Qeyd edək ki, "Dnepr" - "Sevilya" matçı 3:2 hesabı ilə İspaniya təmsilçisinin qələbəsi ilə başa çatıb.