"Turan Tovuz"un prezidenti Namiq Məstanov postundan göndərilib.
SportAren.az xəbər verir ki, bu haqda "Futbol plus" qəzeti məlumat yayıb.
Belə ki, buna səbəb Məstanovun işinin öhdəsindən layiqincə gələ bilməməsi, klubdaxili yaranan bir sıra qalmaqallardı. Məstanovunm bu qədər yerli məşqçi işsiz qala-qala əcnəbi məşqçiyə güvənməsi də AFFA-nın xoşuna gəlməyib. Ona görə də postundan kənaralşdırılıb. Artıq I Divizionun "Energetik"lə son tur matçından sonra klub prezidenti bütün komanda ilə sağollaşıb və yaxın günlərdə təhvil-təslim işləri də başa çatacaq. "Turan Tovuz"un yeni prezidentinin kim olacağına isə AFFA-dan qərar veriləcək.