“Qələbə münasibəti ilə azarkeşləri təbrik edirəm. Sumqayıtlı futbol fanatları bizə hər zaman dəstək oldular. Komandamı qələbə münasibəti ilə təbrik edirəm".
SportArena.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Azərbaycan Premyer Liqasının sonuncu-36-cı turunda "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
O bildirib ki, “İnter”in heyətində çıxış edən gənclər özlərini yaxşı tərəfdən göstərdiyini bildirib:
"Həmin oyunçuların bir neçəsini bəyəndim. Düşünürəm ki, gənc futbolçular Premyer Liqada oynamağa hazırdırlar. Düzdür, indiyə qədər “İnter”i məğlub edə bilməmişdik. Çempionatın sonuncu turundakı oyunumuz tarixə düşdü, amma mən bu qələbəni tarixi uğur hesab etmirəm”.