“Sonuncu tura şərh vermək çətindir. Mənə görə, heç-heçə başa çatan oyun “Neftçi” üçün daha önəmli idi. Amma istənilən halda, komandamın son iki turda yaxşı təsir bağışlaması məni sevindirir. Qarşılaşmanın gedişində etdiyimiz dəyişikliklər bəhrəsini verdi".
SportArena.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının sonuncu-36-cı turunda "Neftçi" ilə matçdan (1:1) sonra deyib.
O, futbolçularına 1 il ərzində sərgilədikləri oyuna görə təşəkkür edib:
"Heyətdə müəyyən dəyişikliklər edəcəyik. Xüsusən də müdafiəni gücləndirəcəyik. Eyni zamanda, hücumçu da gətirməyi düşünürük. Bir neçə oyunçunu icarəyə vermək planımızda var. Hazırda kimin gedəcəyi, kimin gələcəyi ilə bağlı konkret danışa bilməyəcəyəm. Çünki çempionat bu gün başa çatdı. Bunun üçün müəyyən zamana ehtiyacımız var”.