Arif Əsədov: "Çətinlikləri geridə qoymağa çalışacağıq"

22:57 28 May 2015

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda AZAL-la bərabərə qaldıqları matçdan (1:1) sonra fikirlərini bildirib.

 

SportArena.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, son vaxtlar yaxşı nəticə qazanmamaqlarının səbəbləri var:



Biz “Neftçi” ailəsi olaraq, çətinlikləri geridə qoymağa çalışacağıq. Problemlərə baxmayaraq, futbolçular yaxşı təsir bağışladılar. AZAL ilə matç cari çempionatdakı sonuncu görüşümüz idi. Hazırda bütün diqqətimizi ölkə kubokunun finalına yönəltməliyik”.


Digər xəbərlər

Xəbər xətti