“Cari mövsümdə sonuncu oyunumuzu keçirdik. “Xəzər Lənkəran” olaraq gəncləşdirmə siyasətinə əl atanda çoxu bizi qınadı. Amma biz növbəti mövsümləri nəzərə alaraq baza hazırlamağa çalışdıq. Düşünürəm ki, vəzifənin öhdəsindən gəldik".
SportArena.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda "Simurq"la qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.
O qeyd edib ki, Elnur Cəfərovun 18 yaşında milli komandaya dəvət alması onları sevindirib:
"Ümidvaram ki, uğurlarımız daha da çoxalacaq".