"Simurq"un məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 36-cı turunda "Xəzər Lənkəran"la qolsuz bərabərə qaldıqları oyunu şərh edib.
SportArena.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:
“Əvəzedici heyətin futbolçuları meydançaya çıxmışdı. Çalışdıq ki, normal futbol sərgiləyək. Ümidvaram ki, Zaqatalada futbol həmişə olacaq”.